Həkimlərin səyinə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.
Bakıda 15 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq intihar edib.
AZXEBER.COM xəbər verir ki, Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 05:00 radələrində Nizami rayonu Bəhruz Nuriyev küçəsi 37-də baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Qəmər Hacıyeva yaşadığı evin 6-cı mərtəbəsindən özünü atıb. Dərhal hadisə yerinə həkim briqadası və polis çağırılıb. Həkimlərin səyinə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda Nizami rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır.