Bu gecə saat 01:07 radələrində Bakının Qaradağ rayonu ərazisində 18 yaşlı qız döyülüb.Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən verilən məlumata görə, Lökbatan qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Səbinə Səmədova möhkəm döyülüb. Onu xəstəxanaya yerləşdiriblər.Hazırda 18 yaşlı qızın döyülməsilə bağlı araşdırmalar aparılır.