Bakıda 2 həftə əvvəl baş verən qətl hadisəsinin üstü açıldı

KRİMİNAL
11:55 03.03.2014
1376
Bakıda 2 həftə əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanı qətlində təqsirləndirilən 1983-cü il təvəllüdlü Elşən İsrafil oğlu Vəliədov saxlanılıb. Onun üzərində oldu silah aşkarlanıb.
Qeyd edək ki, hadisə fevralın 28-də Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülnarə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər.
Hadisə barədə polisə ilk məlumatı G. Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn L. İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb.
Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR