Bakıda 2 nəfəri döyüb soydular

KRİMİNAL
13:32 26.09.2013
1876
Bakıda quldurluq törədilib.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 26-da saat 01.00 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi” yeni yaşayış sahəsində qeydə alınıb.

Altı nəfər naməlum şəxs Bakı şəhər sakinləri Əhməd Qaraşovu və Gülnarə Məmmədovanı döyərək Ə.Qaraşovdan “Mercedes” markalı avtomaşınının açarlarını, avtomaşında olan 135 manat pulu və şəxsi sənədləri, G.Məmmədovadan isə 2 ədəd mobil telefonunu alaraq qaçıblar.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Babək rayon sakini Samir Məmmədov tutulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR