Bakıda 2 sərnişin avtobusu toqquşdu, yaralılar var - Avtobusların 'özbaşınalığı' davam edir

Bakıda 2 sərnişin avtobusu toqquşdu, yaralılar var - Avtobusların
Bütün Xəbərlər
11:25 06.09.2012
2934
Bakıda sərnişin avtobuslarının yol qəzaları bitmir.
Milli.Az-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 10 radələrində “Şamaxinka” ərazisində iki 170 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus toqquşub. Avtobuslardan biri qarşısında gedən sərnişin avtobusuna, o isə qarşısındakı minik maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.
Qəzanın səbəbi məlum deyil.
OXŞAR XƏBƏRLƏR