Bakıda 22 yaşlı gəlin özünü asdı - Ailə dramı

Bakıda 22 yaşlı gəlin özünü asdı -  Ailə dramı
Bütün Xəbərlər
12:58 09.11.2015
2288
Ailədə gərginlik yaşanırmış.
Bakıda gənc qadın intihar edib.
AZXEBER.COM  xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, intihar hadisəsi rayon sakini, 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyeva noyabrın 8-nə keçən gecə özünü Naxçıvani küçəsində yaşadığı mənzildə asıb.
Nizami RPİ 24-cü polis bölməsinin müstəntiqləri tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 22 yaşlı qadını bu addımı atmağa məcbur edən səbəb ərinin və sonuncunun yaxınlarının qadına mənfi münasibəti olub.
Onlar N.Panıyevanı sonsuz olduğu üçün məzəmmət və ittiham edirmiş.
Ailədə bu zəmində gərginlik yaşanırmış.
OXŞAR XƏBƏRLƏR