Bakıda 27 dərəcə isti gözlənilir

Bakıda 27 dərəcə isti gözlənilir
Bütün Xəbərlər
10:10 03.05.2013
876
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR