Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
SOSİAL
17:21 03.07.2026
247
Bakıda aparılacaq təmir işləri ilə əlaqədar 3 müntəzəm marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək.

AZXEBER.COM xəbər verir ki, iyulun 5-dən 7-dək paytaxtın Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrut avtobusları müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə hərəkət edəcək.

OXŞAR XƏBƏRLƏR