AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, zəhərlənmə faktı Xəzər rayonu ərazisində qeydə alınıb. Buzovna qəsəbə sakini Güllü Hüseynovanın evində, tanışları Gülbəniz Vəliyeva və Nuranə Məmmədova dəm qazından zəhərləniblər. Hər 3 qadın xəstəxanada tibbi yardım göstərilib.