Bakıda 34 yaşlı qadın özünü 13-cü mərtəbədən atdı

Bakıda 34 yaşlı qadın özünü 13-cü mərtəbədən atdı
Bütün Xəbərlər
00:51 15.12.2012
2619
Bu gün axşam saat 17.00 radələrində Bakının Yasamal rayonu ərazisində ölüm hadisəsi baş verib. 34 yaşlı qadın özünü Hüseyn Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsindən atıb və o, yaxınlıqda olan sexin damına düşərək orada sıxışıb qalıb.Hadisə ilə bağlı Yasamal Polis İdarəsinin, prokurorluğun əməkdaşları əraziyə cəlb olunub. Xanımın cansız bədənini sıxışan yerdən çıxarmaq üçün adıçəkilən ünvana Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlməli olub.Görülən birgə işlər nəticəsində mərhumun meyiti çıxarılaraq, müayinə üçün Təcili Tibbi Yardım maşını ilə Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Aparılan araşdırma zamanı meyitin kimliyi məlum olub. Məlum olub ki, bu, 34 yaşlı Zahidova Samirədir. Hələlik qadının hansı şəraitdə 13-ci mərtəbədən yerə düşdüyü məlum deyil.
OXŞAR XƏBƏRLƏR