Bu gecə saat 00:00 radələrində Bakının Nərimanov rayonu ərazisində qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Çermet qəsəbəsində yaşayan 32 yaşlı Gültəkin Əyyub qızı Bədəlova əri 48 yaşlı Bədəlov Məmməd Yaqub oğlu tərəfindən bıçaqlayıb. Kişi qadına başından və qolundan bıçaq zərbəsi vurub. Qadın yaralı halda xəstəxanaya yerləşdirilib.