Bakıda 54 yaşlı qadın vəhşicəsinə döyüldü

Bakıda 54 yaşlı qadın vəhşicəsinə döyüldü
Bütün Xəbərlər
13:24 06.11.2012
1046
Ötən gün günorta saatlarında Bakının Yasamal rayonu ərazisində 54 yaşlı qadın vəhşicəsinə döyülüb. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən verilən məlumata görə, Şərifzadə 193 ünvanında 1958-ci il təvəllüdlü Adilə Əhmədova naməlum şəxs tərəfindən ölümcül döyülüb. Hadisə günün günorta çağı baş versə də, qadının harayına gələn olmayıb. Adilə Əhmədovanı döyən şəxs sonradan hadisə yerindən qaçıb. Qadın isə ağır vəziyyətdə Travmotologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR