Bakıda 56 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı

Bakıda 56 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı
HADİSƏ
22:26 13.06.2021
713
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Hacıyev Rauf Xasay oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR