Bakıda 7 mərtəbəli bina yandı – YENİLƏNİB VİDEO+ FOTOLAR

Bakıda 7 mərtəbəli bina yandı – YENİLƏNİB VİDEO+ FOTOLAR
Bütün Xəbərlər
22:45 09.04.2012
1653

20:59

Xəbər verdiyimiz kimi, Bakıda Dilarə Əliyeva küçəsində 7 mərtəbəli binada partlayış olub.

AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerində çoxlu sayda yanğınsöndürən maşın və FHN-in nümayəndələri var.

Yanğından ilk görüntü sosial şəbəkələrdə yayımlanıb. Yaxın dəqiqələrdə mövzuya yenidən qayıdacağıq.

22:03

İlkin məlumata görə, binada yaşayış olmadığı üçün xəsarət alan yoxdur.

Dilarə Əliyeva küçəsində binanın yuxarı mərtəbəsində (8-ci mərtəbə) yanır.

Hazırda yanğınsöndürənlər aktiv şəkildə yanğının qarşısını alırlar.

22:15

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilən binada taxta tirlər yanır. Hadisə ilə bağlı 2-ci dərəcəli çağırış verilib.

Məlumata görə, 1000 kvadratmetr sahədə 600-650 kvadratmetr yanır.

İlkin məlumata görə, binada yaşayış olmadığı üçün xəsarət alan yoxdur.

22:24

AZXEBER.COM-un məlumatına görə, hazırda yanğın söndürülüb.

P.S Fotolar “RATİ”nin əməkdaşı Mehman Hüseynova məxsusdur.

OXŞAR XƏBƏRLƏR