Bakıda 7 yaşlı uşaq liftin şaxtasında can verdi

Bakıda 7 yaşlı uşaq liftin şaxtasında can verdi
Bütün Xəbərlər
13:01 11.09.2013
2665

Uşaq liftin açıq qapısından şaxtaya düşüb

Bakının Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ə.Talıblı küçəsi 3/8 ünvanında yaşayan 7 yaşlı uşaq faciəvi şəkildə ölüb. Belə ki, Ramal Cavid oğlu Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb. Nəticədə uşaq aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (anspress)

OXŞAR XƏBƏRLƏR