Bakıda adam öldürən şəxs axtarışa verilib

KRİMİNAL
11:46 15.06.2020
2451
Azərbaycanın hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki,  Şahvələdov Hikmət Ruza oğlu Bakıda adam öldürərək istintaqdan yayınıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. H. Şahvələdov barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

OXŞAR XƏBƏRLƏR