Bakıda “Advokat” ləqəbli avtoriteti həbs etdilər

Bakıda “Advokat” ləqəbli avtoriteti həbs etdilər
Bütün Xəbərlər
17:25 09.02.2015
1149

Heroin aşkarlandı.

Azərbaycanda kriminal avtoritet tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətkar aləmdə “Adoş” və “Advokat” ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhərində qeydiyyatda olan, Bakı şəhərində kirayədə yaşayan 40 yaşlı İlham Məmişov paytaxtın Xətai rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 5,393 qram narkotik vasitə olan heroin və kustar üsulla hazırlanmış tapança aşkar olunaraq götürülüb.

OXŞAR XƏBƏRLƏR