Bakının Yasamal rayonu Şərifzadə küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 25 yaşlı Heybətov Anar Fikrət oğlunun idarə etdiyi “VAZ 2115” markalı avtomaşın bir anlıq idarəetmənin itirilməsi ilə yoldan çıxıb və qarşı istiqamətdə gələn avtomobillərin hərəkət zolağına keçib.Avtomobil bu yolda 22 yaşlı Hüseynov Cavid Nazim oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Qeyd edək ki, avtomobillər toqquşmamışdan qabaq “LADA” işıq dirəyini də aşırıb və zərbədən işıq dirəyi bir neçə yerə parçalanıb.Qəza nəticəsində sürücülər Anar Heybətov və Cavid Hüseynov, habelə sərnişin 24 yaşlı Abdullayev Samir Mirhəsən oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan Anarın vəziyyəti daha ağır qiymətləndirilir.Yol qəzasının səbəblərini isə Yasamal polisi araşdırır. Sürücülərin hər ikisi xəsarət aldığı üçün səhər saatlarınacan onların ifadəsini almaq mümkün olmayıb.