Bakı şəhəri, Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) “VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması ilə nəticələnən yol nəaliyyat qəzası baş verib.AZXEBER.COM-un FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qəzada “Jiquli” deformasiyaya uğrayıb və avtomobilin sürücüsü 35 yaşlı Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində öüb. Daha iki sərnişin isə qəzada müxtəlif dərəcəli xəsarət alıb.