Bakıda ağır yol qəzası: 'Mercedes' dərəyə aşdı - FOTO
Bütün Xəbərlər
11:16 02.07.2013
1708
Bu gün Xətai rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.AZXEBER.COM-un FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar dərhal ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə görə, deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan sürücü və sərnişin hadisə yerinə çağırılan Təcili Tibbi Yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.Hazırda faktla bağlı araşdırma aparılır.