Bu gün saat 11:25 radələrində Bakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib. Xəzər rayon Polis idarəsinin 2-ci polis bölməsindən verilən məlumata görə, qəza Binə-Mərdəkan (Bolluq yolu) yolunda baş verib.Belə ki, “İsuzu” markalı avtomobil ilə “KamAZ” markalı avtomobil toqquşub. Nəticədə “İsuzu” markalı avtomobil aşıb.Qəza nəticəsində 1988-ci il təvəllüdlü Taleh Məmmədov ağır yaralanıb. Yaralını təcili yardım həkimləri xəstəxanaya aparıb. Hadisə yerində araşdırma aparılır.