Azərbaycan İslam Partiyası (AİP) və bir qrup dindar Qüds Günü ilə bağlı İsrailin ölkəmizdəki səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib.
Trend-in məlumatına görə, aksiya iştirakçılarının qarşısı polis tərəfindən alınıb.Aksiya zamanı AİP-in bir neçə üzvü saxlanılıb.Aksiyada "Qüdsdən çəkil!", "Qarabağ və Qüds işğal altındadır!", "İşğalçı rejimlərə ar olsun!" şüarları səsləndirilib.