Bakıda avtomobil almaq istəyən qadın dələduzluqla üzləşib.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1952-ci il təvəllüdlü Abdiyeva Lətifə Süleyman qızı tanışı Elman adlı şəxsə Almaniyadan "Mercedes" markalı avtomobil gətirməsi üçün 10 min manat verib.
Lakin həmin şəxs qadının etibarından sui-istifadə edib və pulun verilməsindən bir neçə ay keçməsinə baxmayaraq vədinə əməl etməyib.
L.Abdiyevanın müraciəti əsasında araşdırma aparılır.