Sərxoş kişi evdə problem yaratdığı üçün döyülüb
Ötən gecə Bakının Binəqədi rayonunda kişi arvadı tərəfindən döyülüb.
Anspress-in məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Gecə saat 1 radələrində evə içkili halda gələn C.B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi ailə üzvlərini söyməyə başlayıb. Daha sonra uşaqları vurub.
Kişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb. Nəticədə C.B.-nin həyat yoldaşı döşəməsilən ağacla onu vurub. Bir neçə zərbədən sonra kişi huşunu itirib.
Sonradan ona tibbi yardım göstərilib. Kişi özünə gəlib. Xoşbəxtlikdən, onun ciddi xəsarət almadığı müəyyən edilib.