Bakıda avtobus aşdı

Bakıda avtobus aşdı
Bütün Xəbərlər
17:00 11.09.2012
1213
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında Sabunçu rayonu ərazisində, Hava Limanı yolunda qeydə alınıb. “Daewoo” markalı, 54 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə avtobusdakı sərnişinlərdən 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR