Bakıda avtobusa hücum - Sürücü döyüldü

SOSİAL
16:29 10.12.2019
3483
Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, "Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən "Xalıq Faiqoğlu” şirkətinə məxsus "Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı "Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəni təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet