Ötən gün Bakıda 83 nömrəli sərnişin avtobusunda dava düşüb. Hadisə şahidlərindən AZXEBER.COM-a verilən məlumata görə, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqda saxlaması olub. Belə ki, qadın sərnişinlərdən biri, avtobusu sürücüdən dayanacaqdan kənar saxlamağa məcbur edib. Buna məhəl qoymayan sürücü, avtobusu dayanacaqda saxlayarkən, özünü həmin qadının sevgilisi kimi təqdim edən gənc oğlan tərəfindən hücuma məruz qalıb.
Sürücünü avtobusu qızın istədiyi yerdə saxlamadığı üçün döyməyə başlayan gənc oğlan, hadisəyə müdaxilə edən qadın sərnişinlərdən birini də sillə ilə vurub. Hadisə şahidlərinin müdaxiləsi ilə mübahisənin qarşısı alınıb.