Bakının Xətai rayonu, Nobel 15 ünvanında avtomobil dayanacağının uçması nəticəsində bədbəxt hadisə baş verib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Gün.Az-a verilən məlumata görə, səhər saatlarında baş verən hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb:“Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerinə çatana kimi 1 nəfər dünyasını dəyişib. 3 nəfər isə Klinik Tibbi Mərkəzə yerləşdirilib”.