AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və aşıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü və 3 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıblar.FHN-nin “112” qaynar telefon xəttinə gələn məlumata əsasən hadisə yerinə gedən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxarıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Əməliyyat saat 03:59-da başa çatıb.