Bakının mərkəzində yerləşən avtomobil dayanacağından maşın qaçırılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, cinayət sentyabrın 3-dən 10-dək olan müddətdə S.Vurğun küçəsində yerləşən avtomobil dayanacağında törədilib. Bakı şəhər sakini Nəcabət Məmmədovaya məxsus “Subaru” markalı avtomobil qaçırılıb. Maşın sentyabrın 11-i saat 21:10 radələrində 1 May küçəsində aşıb və tamamilə əzik vəziyyətdə tapılıb. Cinayətdə şübhəli bilinən Bərdə rayon sakini Cəfər Əsaszadə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.