Bakıda avtomobillərə qənim kəsilən şəxs tutuldu

Bakıda avtomobillərə qənim kəsilən şəxs tutuldu
Bütün Xəbərlər
14:35 14.12.2012
889
Bakının Nəsimi rayonu ərazisində avtomobilləri talayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir neçə cinayət əməlində şübhəli bilinən, Ağdaş rayon sakini Elturan Yusibov dekabrın 12-də tutulub.Belə ki, Elturan Yusibov noyabrın 21-nə keçən gecə M.Cəlal küçəsində Bəyalı Məmmədova məxsus “KİA” markalı avtomaşından şüşəni sındırma yolu ilə sənədlər oğurlayıb. Sonradan A.Mustafayev küçəsində Rəşad Dadaşova məxsus “KİA Sportage” markalı avtomaşından oğurluğa cəhd edib.Bundan əlavə, A.Məhərrəmov küçəsində Rüfət İsayevə məxsus “Nissan” markalı avtomaşından şüşəni sındırma yolu ilə ətir, Salman Hacıyevin idarə etdiyi “Mersedes” markalı avtomaşından eyni yolla 1700 manat və saat oğurlayıb.
OXŞAR XƏBƏRLƏR