Bakıda avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək

Bakıda avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək
Bütün Xəbərlər
15:51 03.05.2013
972
Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək.Bu barədə Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O bildirib ki, paytaxt ərazisində tikilən yeraltı qarajlar tam istifadəyə verildikdən sonra həmin qarajların yaxınlıqlarında dayanma və durma qaydasına icazə verilən nişanlar quraşdırılacaq. Yeraltı qarajlardan istifadə etməyən və avtomobili dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində saxlayan sürücülər cərimə ediləcək.

V. Əsədov həmçinin qeyd edib ki, son bir həftə ərzində paytaxt ərazisində dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib.//APA

OXŞAR XƏBƏRLƏR