Bakıda Azərbaycan gənclərinin VI forumu keçirildi

GƏNCLİK
19:35 25.10.2011
2039

Bu gün Heydər Əliyev adına Respublika saryında Gənclərin VI forumu keçirilib. AZXEBER.COM-un məlumatına görə, forumda qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin prespektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi . beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunub.

Sonda gənclərin VI forumunun qətnaməsi qəbul olunub. Sənəddə V forumdan ötən dövr ərzində gənclərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti müsbət qiymətləndirilib.

Qətnamədə deyilir ki, “Azərbasycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üçün dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi aidiyyatı dövlət orqanına tövsiyyə edilsin. “Gənclərin vəziyyəti, inkişaf tendensiyalarının öyrənilməsi və təhlili sahəsində fəaliyyət gücləndirilsin. Gənclər tərəfindən bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması stimullaşdırılsın. Gənclər siyasətinin mövcud infrastrukturunun möhkəmləndirilməsi, gənclər üçün sosial xidmət müəssisələrinin fəaliyətinin bilavasitə gənclərin tələbatına uyğun, müasir şəraitə cavab verən məzmun və formada olmasının vacibliyi qeyd edildi”. Bundan başqa, qətnamədə savadlı, bacarıqlı və müəyyən təcrübəsi olan gənclərin yerli və mərkəzi səvviyədə idarəetmə vəzifələrinə cəlb edilməsi dövlət qurumları, ictimai və özəl təşkilatlara tövsiyyə edilsin. “Yaradılacaq Gənclər fondunun fəaliyyətini gənclərin sosial təşəbbüslərin, elmi və mədəni sahədə yaradıcılığını, sahibkarlıq və məşğulluq sahəsində kreativ ideyalarının regionda yaşayan gənclərin inkişafının dəstəklənməsinə yönəldilməsi zəruri hesab edilsin”. Həmçinin qətnamədə qeyd olunur ki, gənc liderlərin formalaşması və gənclərin qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə gənclər üçün təlim mərkəzlərinin yaradılması aidiyyəti olan dövlət qurumlarına tövsiyə edilsin.

OXŞAR XƏBƏRLƏR