Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatlar əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən paytaxt ərazisində 4 təxirəsalınmaz əməliyyat keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib, 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.











































