Bakıda barda qan düşdü: İdmançı mühafizəçiyə 20 bıçaq vurdu

Bakıda barda qan düşdü: İdmançı mühafizəçiyə 20 bıçaq vurdu
Bütün Xəbərlər
16:23 21.11.2011
1933
Bakının mərkəzində yerləşən barda qanlı hadisə törədilib. Milli.Az xəbər portalının məlumatına görə, Nəsimi rayonu, Rəsul Rza küçəsi 18 ünvanında yerləşən barın mühafizəçisi 22 yaşlı Pərvin Hüseynov bıçaqlanıb.Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mühafizəçini bıçaqlamaqda şübhəli bilinən Rəşad Quliyev sxlanılıb. Hadisəyə bara daxil olmaq üstündə düşən mübahisə səbəb olub.

Bakının mərkəzində yerləşən barda törədilən qanlı hadisənin təfərrüatları məlum olub. Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Rəşad Quliyev peşəkar idmançıdır. O, 3 dostu ilə birlikdə Rəsul Rza küçəsi, 18 ünvanında yerləşən bara gəlib. Barın girişində mühafizəçi, 22 yaşlı Pərvin Hüseynov onları içəri buraxmayıb. Bu zaman Rəşad Quliyev cibindəki bıçaqla ona 20 bıçaq zərbəsi vurub. P.Hüseynovun vəziyyəti ağırdır.Faktla bağlı Cinayət məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi Nəsimi rayon Prokurorluğuna göndərilib.

OXŞAR XƏBƏRLƏR