Bakıda bəylə gəlinin işığını söndürdülər - FOTO

Bakıda bəylə gəlinin işığını söndürdülər - FOTO
Bütün Xəbərlər
12:25 20.10.2014
9335
Keçmiş bələdiyyə sədri jurnalistləri hədələyib.
Bakıda ötən gün toyların birində ilginc hadisə baş verib. Adət-ənənələrimizə görə, toy zalına “Vağzalı” sədaları ilə girməli olan bəy və gəlin bu dəfə telefonlarda səslənən mahnı və onların işığı altında addımlamalı olublar.
Ötən gün “Bəyoğlu" restoranında qonaqlar toyu qaranlıqda keçiriblər. Saat altıdan toya yığışan qonaqlar arzuolunmaz hadisə ilə üzləşiblər.
Belə ki, toy adamları ilk olaraq işığın bir neçə dəqiqəlik söndüyünə ümid ediblər, ancaq vaxt keçdikcə onun yanmadığını görüblər və an gəlib çatıb bəylə gəlinin zala girməyinə.
Acınacaqlı vəziyyətə düşən toy və restoran sahibləri işıqların yanmadığını gördükdə bəy-gəlini telefonların işıqları altında qarşılamalı olublar. Hətta avadanlıqlar işləmədiyindən yeni evlənənləri telefondakı mahnılarla onlar üçün ayrılmış masaya göndəriblər.
Bir saat sonra isə restoranda işıqlar yanıb.
Keçmiş bələdiyyə sədri “Bakıda bəylə gəlinin işığını söndürdülər” başlığı ilə xəbər yazan jurnalisti hədələdi.
Özünü Badamdar bələdiyyəsinin keçmiş sədri kimi təqdim edən Bəybala Hüseynov Milli.Az-a zəng edərək həmin xəbəri yazan jurnalisti axtardığını dedi:
“Həmin xəbəri yazan jurnalisti axtarıram. İndi bəylə gəlini çağıracam, görüm onlar restorana telefon işığında giriblər, yoxsa? Restoranda işıqlar sönən kimi 2 saniyə sonra generator işə düşür. Dünən də belə oldu, işıqlar söndü, generator işə düşdü. Bir saat toyda generator işlədi, sonra isə yandı. Amerikada da işıq sönür də. Dünya dağılmayıb ki...”
OXŞAR XƏBƏRLƏR