Bakıda beynəlxalq ''İdman, İdman ləvazimatı və geyimi'' sərgisi keçiriləcək
Bütün Xəbərlər
16:55 14.11.2012
963
Azərbaycanda ilk dəfə “Bakı Ekspo” mərkəzində yeni sərgi layihəsi - “SportExpo-2012” beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi öz işinə başlayacaq. Sərgi noyabrın 28-də start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “SportExpo-2012” sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir.Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək.