Bakıda bina yanğınında xəsarət alanların - SIYAHISI

Bakıda bina yanğınında xəsarət alanların - SIYAHISI
Bütün Xəbərlər
13:46 11.04.2015
2726

Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı 11 nəfər müxtəfil dərəcəli xəsarət alıb. Xəsarət alanlardan çoxuna ilkin yardım göstərilib. Onlardan çoxu tüstüdən zəhərlənib. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.AZXEBER.COM ANS PRESS-ə istinadən xəsarət alanların siyahısını təqdim edir:68 yaşlı Rəfiqə Vəliyeva60 yaşlı Şəfiqə Musayeva53 yaşlı Məlahət Hüseynova53 yaşlı Samir Əliyev48 yaşlı Ofeliya İbrahimova43 yaşlı Maral Kazımova43 yaşlı Təranə Əliyeva43 yaşlı Faiq41 yaşlı Təranə Məmmədova30 yaşlı Orxan Babayev16 yaşlı Anar MəmmədovQeyd edək ki, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR