“Bakıda bir gecədə 12 uşaq qəflətən keçinib" – Hamı bu "xəbər"dən danışır

“Bakıda bir gecədə 12 uşaq qəflətən keçinib" – Hamı bu "xəbər"dən danışır
SOSİAL
12:58 11.02.2017
124874

Sosial şəbəkələrdə geniş səs küyə səbəb olan "mesaja” Səhiyyə Nazirliyi cavab verdi.

AZXEBER.COM xəbər verir ki, Bakıda yayılan "whatsapp" mesajında 3-12 yaşlı 12 uşağın qəflətən ölməsi haqqında məlumat kütləvi olaraq yayılıb. Və davamında bu uşqların ölümünə səbəb kimi müxtəlif dərman pereparatlarının səbəb olduğu qeyd olunub. Mesajda deyilir.

"TƏCİLİ HAMI İLƏ PAYLAŞIN!!!! 3-12 Yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamsı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.

Məlumatda əlavə olaraq uşaqlara verilməsi qadağan olan dərmanların siyahısı da əlavə olunub:

"UŞAQLARA QƏTİ VERİLMƏMƏLİ OLAN DƏRMANLARIN SİYAHISI... AMOKSİÇİLİN( АМОКСИЦИЛЛИН), KAPESULA ( КАПЕСУЛА), UBUPROFEN ( ИБУПРОФЕН СУСПЕНЗИЯ) , АЛКЛОФЕНАК, СУМАМЕД, ИНГАЛИПТ, АНТИСЕПТ, ИНФЛЮЦИД, ДЕТСКИЙ ПАНАДОЛ, САНАСОЛ. Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırın.
Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb КЕТОТИФЕН və ya 10-15 damcı ФЕНИСТИЛ qəbul etmək lazımdı. TƏCİLİ...UŞAQLARI OLANLARA GÖNDƏRİN...”

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sözgedən mesajın tamamilə uydurma olduğunu bildirib:

"Bu mesaj illər öncə də ortaya çıxmışdı. Və yalan olduğu təsdiqlənmişdi. Hazırda bunu kim edirsə qara piar məqsədi ilə edir. Təbii ki, burada xoş niyyət ola bilməz. Bir də deyirəm ki, bu iddiaların hamısı ağ yalandır. Heç bir ölüm faktı yoxdur”.

Sözügedən mesajdan sonra bəzi sosial şəbəkə istifadəçiləri bu cür mesajları dərman monopolistərinin bilərək yaydığını və hazırdan dərman bazarında olan xaosu daha da qızışdırmağa hesabladığını iddia edirlər.

AZXEBER.COM

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
22:37 14.08.2026
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
Bu bürclər iş təklifi alacaq
22:24 14.08.2026
Bu bürclər iş təklifi alacaq
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama
22:18 14.08.2026
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama