Bakıda bir tondan çox narkotik aşkarlandı

KRİMİNAL
13:22 25.08.2021
950
Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində bir tondan çox narkotik maddə aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR