Bu gün saat 11:55 radələrində Bakının Şıxov qəsəbəsində Salyan yolunun 32-ci kilometrliyində içərisində insanların olduğu minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, BMW markalı 10 .. 905 dövlət nömrə nişanlı avtomobil birdən alışıb.Verilən məlumata görə, avtomobilin içərisində 3 nəfər köməksiz insane qalıb. Daxil olan məlumata əsasən dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.