Bakıda boşanmaq istəməyən ər həyat yoldaşını və rəfiqəsini bıçaqlayıb

SOSİAL
10:54 15.03.2016
3347
Martın 14-də Xətai rayonu General Şıxlınski küçəsi 29/42 D, mənzil 257 ünvanında həyat yoldaşı tərəfindən bıçaqlanan 1986-cı il təvəllüdlü Rəsulova Əfsanə Əlimirzə qızı 3 saylı şəhər klinik xəstəxanasında əməliyyat edilib.
 AZXEBER.COM-xəbər verir ki, biri döş qəfəsinə daxil olmaqla 16 bıçaq xəsarəti alan qadın hazırda reanimasiya şöbəsində saxlanılır və vəziyyəti ağırdır.Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən ağır bədən xəsarəti yetirmə) maddəsi ilə iş başlanılıb. Ə.Rəsulovanı dindirmək hələlik mümkün deyil.Hadisənin Ə.Rəsulovanın əri, Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Zahid Zakir oğlu tərəfindən törədilməsi artıq dəqiqləşib və onun tutulması istiqamətində iş aparılır.
///Lent.az

OXŞAR XƏBƏRLƏR