Bakıda cibgir soymaq istədiyi şəxs tərəfindən bıçaqlandı

Bakıda cibgir soymaq istədiyi şəxs tərəfindən bıçaqlandı
Bütün Xəbərlər
08:00 06.12.2012
780
Bakının Binəqədi rayonunda biçaqlanma hadisəsi qeydə alınıb. Hadisə nəticəsində 36 yaşlı Şirinov Rafael Qərib oğlu döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası diaqnozu ilə 1 saylı xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olsa da, qənaətbəxşdir.Hadisənin təfərrüatlarını araşdıran Binəqədi polisi maraqlı bir məqamı üzə çıxarıb. Müəyyən edilib ki, zərərçəkmiş Rafael Şirinov Rəsulzadə qəsəbəsi ərazisində ictimai nəqliyyatda başqa bir sərnişinlə mübahisə edib və elə həmin şəxs tərəfindən də bıçaqlanıb.
OXŞAR XƏBƏRLƏR