Bakıda çoxmərtəbəli bina yandı

Bakıda çoxmərtəbəli bina yandı
Bütün Xəbərlər
14:26 21.04.2015
1604
Bakıda yaşayış binasında yanğın baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Binanın 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb.
Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR