AZXEBER.COM-un məlumatına görə, Ramana qəsəbəsi, ev 35-də yaşayan 1985-ci il Könül Hüseyn qızı Qarayeva yaşadığı mənzildə özünü asaraq intihar edib. Bakı şəhər Prokurorluğundan faktı təsdiq etdilər. Hadisənin baş vermə səbəbləri araşdırılır.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.