Sürücülərə alternativ yoldan istifadə etmələri tövsiyə olunur.
Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
AZXEBER.COM qurumun saytına istinadən xəbər verir ki, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq İlqar Məmmədov küçəsindən istifadə etmələri tövsiyə olunur.