Bakıda qatar ağır yol qəzası törədib. Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan “VAZ-21011” markalı minik maşınının üzərinə çıxıb.Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, sistern “VAZ-21011”i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir.