Bakıda dəhşətli qəza 1 nəfərin ölümü ilə nəticələndi

Bakıda dəhşətli qəza 1 nəfərin ölümü ilə nəticələndi
Bütün Xəbərlər
21:16 24.07.2012
1453
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yol hərəkəti qaydasını pozaraq yolun əks istiqamətinə çıxıb və bu zaman qarşıdan gələn “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə nəqliyyat vasitəsi sürücülərindən biri hadisə yerində dünyasını dəyişib. Digər sürücü və bir nəfər sərnişin ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR