Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü
SOSİAL
23:47 01.05.2026
681
Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "oxu.az”a istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfərin həyatını itirib.
Məlumata görə, saat 21:40-da xanım sürücünün idarə etdiyi KIA markalı, 77-GY-014 dövlət nömrə nişanlı avtomobil nəzərdə tutulmayan yerdən keçən piyada Fuad Oqtay oğlu Ədilovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.