Ruhi əsəb dispanserindən qaçanlardan biri - Tural Abbasov bir zamanlar imkanlı ailənin övladı olub
Binəqədi rayonu Köhnə Pişavari, indiki Cavadxan küçəsi 4 ünvanında yaşayan Tural Abbasov ruhi əsəb dispanserindən qaçan 4 xəstədən biridir. Bina sakinləri ilə söhbət zamanı öyrəndik ki, Tural maddi baxımdan bir zamanlar yaxşı imkanı olan bir ailənin övladı olub. Hətta Turalın atası Gülhüseyn Abbasov övladının adına Şadlıq sarayı da tikdirib. Amma oğlunun narkotik istifadəçisi olduğunu bilən atanın səhhətində ciddi problemlər yaranıb. Bir müddət sonra isə Gülhüseyn Abbasov dünyasını dəyişib.Bu hadisədən sonra isə ailə yaşadığı binada onlara məxsus olan 2 mənzildən birini sataraq, digərini isə kirayə verərək həmin ərazidən köçüb.Ruhi əsəb dispanserindən qaçan 4 nəfərdən 3-ü Cinayət Məcəlləsinin 1, 23 yaşlı Tural Abbasov isə 4 maddəsi ilə ittiham olunub. Onlar məhkəmənin qərarı ilə ruhi əsəb dispanserinə müalicəyə göndərilib. Qaçarkən xidmət göstərən polis əməkdaşına xəsarət yetirən xəstələrin axtarışlarının davam etdiyi bildirilir. İnformasiya agentliklərdən birində onların Sabunçu rayon polis idarəsi əməkdaşları tərəfindən saxlanıldığı yazılsa da, bu xəbər təsdiqini tapmadı. Sabunçu rayon polis idarəsindən bu məlumatın həqiqəti əks etdirmədiyi bildirildi. Xəbər Daxili İşlər Nazirliyi tərəfindən də təsdiqlənməyib.